Gəncə: Birinci Qarabağ müharibəsi şəhidinin yas mərasimində

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov I Qarabağ Müharibəsi şəhidi Alıyev Vaqif Sərdar oğlunun ailəsini ziyarət edərək, başsağlığı verib. Şəhər rəhbəri ilə birlikdə yas mərasimində Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. 

Rəsmilər yas çadırında olub, şəhidin ailə üzvləri ilə görüşüb, başsağlığı verib, səbr diləyiblər. 

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 29 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. 

Ailəli idi, bir qız övladı var.

    Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.







Sosial həyat