Azərbaycançılıq məfkurəsi mövzusunda silsilə verilişlər çəkilib

post-img

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Milli Fikir və İnkişaf” İctimai Birliyinin “Azərbaycançılıq məfkurəsi” maarifləndirmə kampaniyasının təşkili layihəsi əsasında silsilə verilişlər çəkilib.

Layihə rəhbəri, araşdırmaçı-jurnalist Anar Turanın moderatorluğu ilə aparılan verilişlərdə “Alban-Udi” Xristian Dini icmasının sədri Robert Mobili, Azərbaycan Rus İcmasının sədr müavini, siyasi şərhçi Anastasiya Lavrina, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitik şöbənin müdiri Rəşad İlyasov və “Müasir İnkişaf” İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü ekspert kimi çıxış etmişlər.

Müsahiblər Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərindən söhbət açaraq bu ideologiyanın  44 günlük Vətən müharibəsində parlaq qələbəmizin təmin olunmasında oynadığı müstəsna rolundan bəhs etmişlər. Verilişlər silsiləsi çoxminlik izləyicisi auditoriyası olan Prizma Tv və Yeni Media TV youtube platformalarında yayınlanmışdır.  

Sosial həyat