İsmayıllı rayonunda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə ”Ailə, Qadın və Uşaq Problemlərinin mediada işıqlandırıması” mövzusunda təlim davam edir. Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə açılış nitqi ilə çıxış edərək, iştirakçılara media ilə əməkdaşlıq istiqamətində təşkil edilən tədbirləri diqqətə çatdırıb.
Bildirib ki, bu cür maarifləndirici təlimlər “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.
Təlimin ilk günündə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində” mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilik, həmçinin media nümayəndələrinin üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. O, məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, balans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyini vurğulayıb.
Təlimin ikinci günündə isə “Mediada psixoloji sağlamlıq: intihar və bənzərliklər” mövzusunda təqdimatla çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin psixoloji köklərini anlamaq və onların müasir müalicə metodlarına dair məlumat verib. O vurğulayıb ki, intihar xəbərlərinin geniş yayıldığı hallarda bir bölgədə ardıcıl intihar hadisələri müşahidə edilə bilər. Bu, psixologiya elmində "suicide clusters" (zəncirvari intihar) adlanır və belə hadisələr insanların bir-birini təhrik etməsi nəticəsində yaranır.
Psixoloq, həmçinin əlavə edib ki, xüsusilə medianın məşhur şəxsiyyətlərin intiharlarını işıqlandırma tərzi, detalların geniş yayılması, intiharların artmasına səbəb ola bilər. Media nümayəndələri tərəfindən məsuliyyətli xəbər yayımı intihar hallarının azalmasına kömək etməlidir.
Təlim müddətində qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı ilə halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları barədə də məlumat verilib.
İnteraktiv müzakirə və qrup işləri formatında davam edən təlim müddətində iştirakçıların sualları cavablandırılıb.
Fidan
XQ
Ailə, qadın və uşaq problemləri media müstəvisində
- Sosial həyat
- 15:57 18.09.2024
- Oxunma sayı: 412
Açar sözlər:
Paylaş:
Sosial həyat
Ömrümüzdən keçən qatar
03:09 13.10.2024Tarixi binada qorunan tarix
03:09 13.10.2024Dəmir yolu – tale yolu
03:08 13.10.2024Qarabağ savaşının lerikli qəhrəmanı
03:05 13.10.2024Qaragilə – məlhəmdir hər gilə
03:00 13.10.2024Gəncədə “yaşıl” konfrans
02:54 13.10.2024“Nizamişünaslıq” jurnalı nüfuzlu elmi nəşrdir
02:53 13.10.2024Şirvan və Soyuqbulaq külmələri
02:52 13.10.2024Keşişlikdən qovulan dahi
02:50 13.10.2024-
- 20:37 13.10.2024
-
- 20:33 13.10.2024
-
- 16:43 13.10.2024
-
- 16:36 13.10.2024
-
- 16:30 13.10.2024
-
- 16:29 13.10.2024
-
- 16:25 13.10.2024
-
- 15:33 13.10.2024
-
- 15:28 13.10.2024
-
- 15:27 13.10.2024
-
- 15:10 13.10.2024
-
- 15:07 13.10.2024
-
- 14:52 13.10.2024
-
- 11:28 13.10.2024
-
- 10:29 13.10.2024
-
- 03:36 13.10.2024
-
- 03:35 13.10.2024
-
- 03:34 13.10.2024
-
- 03:34 13.10.2024
-
- 03:33 13.10.2024
-
- 03:32 13.10.2024
-
- 03:31 13.10.2024
-
- 03:30 13.10.2024
-
- 03:29 13.10.2024
-
- 03:28 13.10.2024
-
- 03:27 13.10.2024
-
- 03:26 13.10.2024
-
- 03:24 13.10.2024
-
- 03:24 13.10.2024
-
- 03:23 13.10.2024
-
- 03:22 13.10.2024
-
- 03:21 13.10.2024
-
- 03:20 13.10.2024
-
- 03:19 13.10.2024
-
- 03:19 13.10.2024
-
- 03:18 13.10.2024
-
- 03:17 13.10.2024
-
- 03:16 13.10.2024
-
- 03:09 13.10.2024
-
- 03:09 13.10.2024