Böyük Britaniyada 42 milyon funt sterlinq dəyərində prostat vəzi xərçənginin müalicəsində inqilabi dəyişikliklərə yönəlmiş Transform skrininq tədqiqatına start verilib. Bu barədə The Guardian yazır.
Bir neçə aydan sonra başlayacaq ilkin mərhələdə minlərlə kişi iştirak edəcək. Sınaq təşkilatçılarının sözlərinə görə, proqram davam etdikcə yaxın illərdə bir neçə yüz min könüllü təcrübəyə cəlb edilə bilər.
İngiltərədəki prostat xərçəngi araşdırma direktoru Metyu Hobbs deyib ki, "Transform' un məqsədi sadədir": "İngiltərədəki yetkin kişi əhalisini prostat xərçəngi üçün müayinə etmək və xəstəliyi erkən mərhələlərdə aşkar etmək üçün ən təsirli və ən az zərərli üsulları tapmaq istəyirik".
Böyük Britaniyada hər səkkizinci kişi prostat xərçənginə tutulur və hər il təxminən 12 min insan ölür. Bununla belə, xəstəliyin erkən, müalicə oluna bilən mərhələlərini dəqiq müəyyən edə biləcək heç bir skrininq xidməti yoxdur. Xərçəng yayılana və sağalmaz hala gələnə qədər simptomlar tez-tez görünmür.
S.ELAY
XQ