Qarabağ İqtisadi Regionunda təlimlər davam edir

post-img

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  tərəfindən maliyyələşdirilən“Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində təlimlər keçirir.Təlimlər Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyir. 

Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə və qadınlara sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində dəstəkdir. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.

Növbəti təlimlər Füzuli rayonu Zobucuq-2 və Cəbrayıl rayonu 7-ci qəsəbədə məskunlaşan gənclər və qadınlar üçün keçirildi.Təlimlərdə layihə üzrə nəzərdə tutulandan daha artıq iştirakçılıq səviyyəsi belə təlimlərə marağın olmasına yaxşı nümunədir.Torpaqlarımızın azadlığı uğurunda Şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə  yad edildikdən sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin rəhbər İlqar Hüseynli giriş nitqi ilə ,.Daha sdavam etdi.Sonra  təşkilatın eksperti İqtisad üzrə fəlsəfə doktoru İlham Hüseynli geniş təqdimatla çıxış etdi.Təlim iştirakçıları,ABAD,KOBİA və Sahibkarlığa Kömək Milli Fondu  kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar əldə etdilər.Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan,və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlandılar.

Təlimlərdə iştirak edən vətəndaşlar mövzu ətrafında müxtəlif istiqamətlər üzrə suallar verdilər.Hər bir sual ekspertlər tərəfindən cavablandırıldı.

Tədbirlər 12 sentyabr 2024-cü il tarıxındə məcburi köçkünlərin məskunlaşdığı Cəbrayıl-7 qəsəbəsində maraq qruplarının və ekspertlərin iştirakı ilə fokus-qrup müzakirələrində davam etdirildi.Bu layihə şərçivəsində sayca sonuncu fokus-qrup müzakirəsi idi.

Qarabağa qayıdış konsepsiyası çərçivəsində ehtiyaclar qiymətləndirildi.Sakinlər qayıdış sonrakı mərhələdə məşğulluq imkanlarının təminatı üzrə kiçik və orta sahibkarlığın gücləndirilməsi,ictimai-iaşə,xidmət,kənd turizminin və aqrar sektorun inkişafı üzrə təkliflərlə çıxış etdilər.

Təkliflər ümumiləşdirilərək Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin ekspertləri tərəfində hazırlanacaq hesabat sənədinə daxil ediləcək.Hesabat sənədi müvafiq dövlət strukturlarına,Milli Məclisin komitələrinə təqdim ediləcək.

 







Sosial həyat