Madriddə İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunur

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyaya səfər edib.

AZƏRTAC xəbər verir ki, türkiyəli nazir Madriddə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının təmas qrupuna daxil dövlətlərin XİN rəhbərlərinin görüşündə iştirak edəcək.

Görüşlərdə İsrail ilə Fələstin arasında davam edən qarşıdurma, bu münaqişədə təcili və daimi atəşkəsə nail olmağın yolları, problemin iki dövlətli həlli istiqamətində atılacaq addımlar müzakirə ediləcək.

Heyət İspaniyanın Baş naziri Pedro Sançes tərəfindən qəbul edilib.



Dünya