Bakıda bir nəfərin bank kartından 2000 manatı oğurlanıb. Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən 22 yaşlı K.Əlizadə müəyyən olunaraq saxlanılıb.
Türkan qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki həyətdən və bir fermadan ümumilikdə 75 baş qoyun və 30 baş keçinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşları oğurluqda şübhəli bilinən 53 yaşlı E.İsmayılovu saxlayıblar.
Yasamal rayonu ərazisindəki bir obyektdən 11 ədəd noutbukun oğurlanması barədə də polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən 22 yaşlı R.İbişov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ