Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu çərçivədə Məhəmməd Hadi küçəsi, Şəfayət Mehdiyev küçəsi, Həsən bəy Zərdabi küçəsi, Heydər Əliyev prospekti (Ağa Nemətulla küçəsi ilə kəsişmə), Akim Abbasov küçəsi və Məhəmməd Xiyabani küçəsində dayanacaq məntəqələri təmir edilib.
Eyni zamanda Əhməd Rəcəbli küçəsində yeni dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.