Xankəndi şəhərinin sukanal sahələrində bərpa işləri aparılıb

post-img

Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb. Xankəndidə 2 sutəmizləyici qurğular kompleksi fəaliyyətdədir. 1 nömrəli kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 nömrəli kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, şəhərdə 10 subartezian quyusu mövcuddur. Sutəmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyata keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.

Agentlik Qarabağa qayıdan sakinlərin işlə təmin olunması işinə də öz töhfəsini verir. Belə ki, Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.

Sosial həyat