“Xalq qəzeti”nin redaksiyasına

post-img

“Xalq qəzeti”nin 105 illik yubileyi münasibətilə başda qə­zetin baş redaktoru cənab Əflatun Amaşov olmaqla, bütün əməkdaşları təbrik edir, işlərində uğurlar arzulayıram. 

İnanıram ki, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan “Xalq qəzeti” bundan sonra da özünəməx­susluğu, hərtərəfli tərəqqi, müa­sirləşmə ideyalarının təbliği və müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi prosesində yaxın­dan iştirak edəcək, bu amallar na­minə çalışacaq. 

Adına sadiq qalan “Xalqın qə­zeti”ni 105 yaşı münasibətilə bir daha təbrik edir, qəzetin bütün əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, şirkətimizlə uzun illər səmimi mü­nasibətlərə əsaslanan uğurlu əmək­daşlıq bundan sonra da davamlı, səmərəli və faydalı olacaq.

Elxan BƏŞİROV,
“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri

Sosial həyat