Ötən il bir sıra məhkəmələrə daxil olmuş və həll edilmiş işlərin sayı açıqlanıb

post-img

2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə 768 iş daxil olub, həmin işlərdən 692-si həll edilib.

Bu barədə Vahid Məhkəmə Portalında məlumat qeyd olunub. Bildirilib ki, ötən il apellyasiya instansiyası məhkəmələri üzrə daxil olmuş 2 min 162 işin 1 803-ü həllini tapıb.

Bundan əlavə, kommersiya məhkəmələrinə daxil olmuş 16 min 424 işdən 14 min 606-i, o cümlədən Bakı Kommersiya Məhkəməsinə daxil olmuş 7 min 588 işdən 6 min 711-i, Gəncə Kommersiya Məhkəməsinə daxil olmuş 2 min 118 işdən 1 855-i, Şəki Kommersiya Məhkəməsinə daxil olmuş 1 502 işdən 1 421-i, Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuş 1 792-i işdən 1 655-i, Şirvan Kommersiya Məhkəməsinə daxil olmuş 3 min 012 işdən 2 min 672-i, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə daxil olmuş 412 işdən 292-si həll edilib.

Sosial həyat