Respublikamızın şəhər və rayonlarında da Milli Mətbuat Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Jurnalistlərlə keçirilən görüşlərdə milli mətbuatımızın 149 illik fəaliyyəti yüksək dəyərləndirilir, media təmsilçilərinə səmimi bayram təbrikləri çatdırılır.
ŞƏMKİR
Şəmkir Rayon İcra akimiyyətinin başçısı Rəşad ağıyev İyul Milli Mətbuat ünü münasibətilə bölgədə fəaliyyət göstərən urnalistlərlə görüş keçirib. MərasimdəAzərbaycan mətbuatının yaranması tarixindən, media ilə dövlət qurumlarının əməkdaşlığı diqqət mərkəzində olub.
İcra hakimiyyətinin başçısı media nümayəndələrini Milli Mətbuat ünü ilə əlaqədar təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Rayon rəhbəri son illər Şəmkir rayonunda görülən işlər, qarşıya qoyulan məqsədlər barədə KİV nümayəndələrinə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. O, mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.
Çay süfrəsi arxasında davam edən söhbətdə həm media işçiləri ilə icra hakimiyyətlərinin qarşılıqlı əlaqələrinin vacibliyinə toxunulub, ölkəmizdə qarşıya qoyulan vəzifələrin həllində sözlə əməlin vəhdətinin önəmi vurğulanıb. Sonda jurnalistlərə RİH başçısının Fəxri fərmanları təqdim olunub.
GORANBOY
Goranboy rayonunda da milli mətbuatımızın növbəti ildönümünə həsr olunmuş toplantı keçirilib. Olimpiya ompleksində təşkil olunan dəyirmi stol söhbətində media və dövlət orqaqnlarının səmərəli əməkdaşlığından geniş söz açılıb.
Qərb bölgəsini təmsil edən KİV nümayəndələrinin, yerli mətbuat işçilərinin iştirak etdiyi toplantıda media təmsilçilərini təbrik edən rayon icra hakimiyyəti jurnalistlərin fədakar fəaliyyətini bir daha vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, tarixi qələbəmizin əldə olunmasında da mediamız ordumuzla yanaşı dayandı. Şəhid olan, yaralanan mətbuat işçilərimiz də var.
Çıxış edənlər mətbuatımızın durumunu daim diqqətdə saxlayan ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Sonda jurnalistlərə “Təşəkkürnamə”lər təqdim olunub.
NAFTALAN
Naftalanda da əhər İcra akimiyyətinin təşkilatçılığı ilə milli mətbuatın yaranmasının illiyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
İcra hakimiyyətinin başçısı Vüqar Novruzov jurnalistləri təbrik edib. O bildirib ki, 149 illiyini qeyd etdiyimiz Azərbaycan mili mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. ŞİH-in kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurduğunu qeyd edən şəhər rəhbəri jurnalistlərə səmərəli fəaliyyət, uğur arzulayıb.
Mətbuat nümayəndələri Azərbaycan mətbuatına göstərilən yüksək dövlət qayğısından söhbət açaraq bundan sonra da xalqa sözlə xidməti məsuluiyyətlə davam etdirəcəklərini söyləyiblər.
Görüşdə mətbuat nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri