Narkotik vasitə və çətənə kolları aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 19-da ümumi çəkisi 3,8 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Çarxana kənd sakini N.Ağayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat