Naftalanda “Heydər Əliyev - unudulmaz Lider” mövzusunda sərgi

post-img

Naftalanda şəhər icra hakimiyyətinin, “Qeyd-Sosial Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə “Heydər Əliyev - unudulmaz Lider” mövzusunda Ulu Öndər Heydər Əliyevin müxtəlif zamanlarda şəxsi və ailə üzvləri ilə bərabər çəkdirdiyi xüsusi fotoların xalça üzərində toxunmuş sərgisi təşkil olunub. 

Tədbirdə şəhər rəhbərliyi, ağsaqqallar, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, turistlər, ziyalılar iştirak edib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda təşkil olunan sərgidə İB-in sədri Tural Nurməmmədov sərginin mahiyyəti barədə ətraflı məlumat verib. 

Sərgidə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək bildirib ki, tədbir Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də  respublika rəhbəri seçilməsinin 55 illiyinə həsr olunmuşdur.

Xalçalar üzərində toxunmuş əsərlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

             Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Naftalan şəhəri

 















Sosial həyat