Yumurta – daha çox fayda!

post-img

Rusiyalı mütəxəssislər son araşdırma və müşahidələrlə belə qənaətə gəliblər ki, yumurtanın tərkibində çoxlu xolesterinin olması və bunun ürəyə zərəri iə bağlı indiyədək səsləndirilən fikirlər mif imiş. Hələ də qanda xolesterin səviyyəsinin yüksəkliyi və onun ürək xəstəliklərinin inkişafında rolu olmasından şübhələnib yumurta yeməkdən imtina edənlər yanılırlar. 

Həkimlər mütəxəssislərin son araşdırmaları­na əsasən bildirirlər ki, toyuq yumurtasının faydası düşündüyümüzdən də çoxdur. Bildirirlər ki, yumur­ta görmə qabiliyyətini artıran antioksidant lüteinlə zəngindir. İnsan orqanizmi digər qida məhsullari ilə müqayisədə yumurtadan daha çox lütein mə­nimsəyir. 

Bir ədəd yumurtada 100 qram losos balığında olan miqdarda Omeqa-3 var. Həmçinin yumurta vi­taminlər qrupu – xolin mənbəyidir. Xolin isə beynin inkişafı, işləməsi və ləngiməməsi üçün çox fayda­lıdır.

Türkiyəli mütəxəssislər yumurtanın yağda de­yil, suda bişiriləninin daha faydalı olduğunu tövsiyə edirlər. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat