Gədəbəydə oftalmoloji aksiya

post-img

Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası iyunun 24-də və dünən Gədəbəydə tibbi aksiya keçirib. 

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş tibbi xidmətin təşkilində əsas məqsəd rayon sakinlərini operativ şəkildə müayinə etmək, görmə patologiyalarının erkən aşkarlanmasına nail olmaq və göz xəstəliklərindən yarana biləcək potensial problemlərin qarşısını almaqdır. Qeyd edək ki, belə tibbi aksiyalar çərçivəsində bölgə sakinlərinə heç yerə getmədən birbaşa səhiyyə xidmətləri təqdim edilir. Aksiyada şəhid ailələri, qazilər, aztəminatlı ailələr tibbi müayinədən keçiblər. 

Tibbi aksiyanın əsas məqsədi Gədəbəy rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir. 2 günlük səyyar oftalmoloji müayinələrin keçirilməsi vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasına kmək edib.

Z.HÜSEYNOVA
XQ 

 

Sosial həyat