Nazir müavini: Əlaqələndirmə komitələrinin fəaliyyəti formal xarakter daşımamalıdır

post-img

Cari ilin yanvar ayından iyun ayının 1-nə olan məlumatlara əsasən özəl sektorda əmək müqavilələrinin sayı artıb. Belə ki, bu müddət ərzində özəl sektor üzrə 52,7 min əmək müqaviləsi qeydə alınıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin rəhbərlərinin beşinci müşavirəsində çıxış edərkən deyib.

Nazir müavini çıxışında dövlət tərəfindən işçilərin fəaliyyətinin leqallaşdırılması ilə bağlı bir sıra təşviq proqramlarının icra olunduğunu qeyd edərək iş yerlərində keyfiyyət göstəricilərinə nəzarət etməyin vacibliyindən də danışıb. O bildirib ki, əlaqələndirmə komitələrinin fəaliyyəti formal xarakter daşımamalıdır.

Sosial həyat