Bu ilin yanvar-aprel ayları ərzində 84,9 mindən çox pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə XQ-yə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 15,3 mindən çox pensiya, 69,6 mindən çox müavinət (o cümlədən 19,9 mindən çoxu məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.