Zaqatalada fövqəladə hadisələrlə bağlı təlim keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il üçün hazırlıq planına müvafiq olaraq Zaqatala rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Məlumatı nazirliyin mətbuat xidməti yayıb. 

Təlimdə FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, icra hakimiyyətinin Mülki Müdafiə Qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və 

aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.

Kompleks təlimə ümumilikdə 258 nəfərdən ibarət şəxsi heyət və 41 ədəd texnika cəlb edilib. Tədbirdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

P.ƏMİRCANOV
XQ







Sosial həyat