Bakıra və rayonlarda qanunsuz silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. 

DİN mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, mayın 28-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 25 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.  

P.ƏMİRCANOV
XQ

Sosial həyat