“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

post-img

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

Şəhidimiz Kinyaz Orucov Zirəddin oğlunun anası Dürdanə Orucovaya müayinə zamanı sağ gözünə mirvari suyu və  torlu qişanın total regmatogen qopması diaqnozu təyin olunub.

“Katarakta”, “Vitreoektomiya” və “Pnevmoetinopeksiya” əməliyyatları icra olunub. “Pnevmoetinopeksiya” əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almadığından xərclər “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

XQ

Sosial həyat