İstedadlı uşaqları himayə edək!

post-img

Balakən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhər Uşaq İncəsənət Məktə­bində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə təhsilalanların qəbulu Qaydaları” haqqında Əmrə əsasən şagird qəbulu ilə əlaqədar təbli­ğat-təşviqat işləri məqsədilə görüş keçirilib.

Görüşdə rayon rəhbəri İslam Rzayev, təhsil sektorunun əməkdaşları, məktəb rəhbərləri, təhsil işçiləri iştirak ediblər. Uşaq İncəsənət Məktəbinin direktoru Arifə Tağıyeva çıxış edərək, ictimaiyyəti 2024–2025-ci tədris ili üçün 1-ci sinfə qə­bul qaydalarında olan yeniliklər haqqında məlumatla tanış edib. 

Tədbir geniş konsert proqramı ilə da­vam edib, məktəblilərin çıxışları tamaşa­çılar tərəfindən hərarətlə qarşılanıb. 

İ.HƏSƏNOV,
“XQ”-nin bölgə müxbiri

Sosial həyat