"YAŞAT" Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilən şəhidimizin atası Vətənə qayıdıb

post-img

“YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. 

Şəhidimiz Asəf Ağayevin atası Abid Ağayev İsrəfil oğlu müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Onların müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

Sosial həyat