Daxili İşlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

post-img

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il may ayının 15-də Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonları sakinlərinin qəbulu keçiriləcək. Məlumatı DİN mətbuat xidməti verib. 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14 may 2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

P.ƏMİRCANOV
XQ

Sosial həyat