Mətbuat Şurasının tələbə-jurnalistlərə töhfəsi

post-img

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində “Azərbaycan Mət­buat Şurası” auditoriyasının açılışı olub. Toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, BDU-nun rəhbərliyi, o cümlədən jurnalistika fakültəsinin pedaqoji kollektivinin üzvləri və tələbələr iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev çıxı­şında jurnalistika fakültəsində peşəkar kadrların hazırlanması zamanı tələbələrin praktik bilik və bacarıqlara yiyələnmələri­nin əhəmiyyətindən söz açıb. O, bu baxım­dan “Azərbaycan Mətbuat Şurası” audito­riyasının əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

MŞ sədri Rəşad Məcid də “Azərbaycan Mətbuat Şurası” auditoriyasının tələbə-jur­nalistlərin təcrübi biliklərə yiyələnmələrinə dəstək perspektivindən danışıb. O bildirib ki, Şuranın Şikayətlər üzrə Komissiyasının iclaslarının bu auditoriyada tələbələrin işti­rakı ilə keçirilməsi nəzərdə tutulur. R.Mə­cid həmin iclasların jurnalist fəaliyyəti ilə bağlı nöqsanları aşkara çıxarmaq baxımın­dan əhəmiyyətli tərəflərinə diqqət çəkib və deyib ki, tələbələr iş prosesindəki spesifik cəhətlərə nəzər salmaqla, peşəkar fəaliyyət­ləri zamanı səhvlərdən sığortalana biləcək­lər: “Düşünürəm ki, bu, onların yetişməsin­də mühüm rol oynayacaq”.

MŞ sədrinin müavini, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Azərbaycan Mətbuat Şurası” auditoriyasının yaradılması təşəbbüsü­nün konkret məqsədlərindən söz açıb. O, mövcud təşəbbüsün ilk növbədə Şura ilə jurnalistika fakültəsinin əlaqələrini daha da genişləndirəcəyinə inandığını deyib. İkinci məqsəd MŞ İdarə Heyətinin üzvləri ilə tələbələr arasında müntəzəm görüşlə­rin təşkilidir. Üçüncü məqam MŞ-nin bəzi komissiyalarının iclaslarının fakültədə təş­kilidir ki, bu da gənclər üçün maraqlı və əhəmiyyətlidir.

Toplantıda çıxış edənlərdən BDU-nun jurnalistika fakültəsinin professoru Cahan­gir Məmmədli, MŞ sədrinin müavini, ATV telekanalı prezidentinin müşaviri Səadət Məmmədova, MŞ İdarə Heyətinin üzvləri – jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, “Şərq” qəze­tinin baş redaktoru Akif Aşırlı və başqaları “Azərbaycan Mətbuat Şurası” auditoriya­sının perspektiv faydaları ilə bağlı düşün­cələrini bölüşüb, təşəbbüslərini səsləndi­riblər.

XQ

Sosial həyat