Xalq artisti Çingiz Sadıxovun 95 illik yubileyi Şimali Kaliforniyada qeyd olunub.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun dəstəyi və Diaspor İncəsənət Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən konsert çıxış edən baş konsul Ramil Qurbanov Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında məlumat verib.
Konsertdə tanınmış kamançaçı İmamyar Həsənov, müğənni Vahid Bayat, pianoçu Amir Bayat və başqaları Ç.Sadıxovun repertuarından musiqi və xalq mahnılarını ifa ediblər.
Xatırladaq ki, Çingiz Sadıxov Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıb, 2017-ci ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.