COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu özəl sektorun nümayəndələrinə çağırış edib

post-img

“COP29-a biznes cəlb etmək olduqca vacib məsələlərdən biridir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın COP29-a Sədrliyinin ilk mətbuat konfransında COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.

O qeyd edib ki, bunun üçün biznes forumlar keçiriləcək: “Həm özəl sektora, həm də vətəndaş cəmiyyətinə çağırış edirəm ki, biz sizin təkliflərinizə açığıq. Ümumiyyətlə, özəl sektor, vətəndaş cəmiyyəti, investorlar bu prosesin parçası olmalıdır. Bizim rolumuz hökumət və qruplar arasında körpü yaratmaqdır".

Sosial həyat