Bakıda 3 narkokuryerdən 18 kiloqram narkotik vasitə götürülüb

post-img

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.

Xəbəri DİN mətbuat xidməti verib. 

C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərlərinə və avtomobillərinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib. Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.  Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat