Goranboyda Suvarma Sistemləri İdarəsi üçün yeni inzibatı bina inşa olunur

post-img

Goranboy şəhərində Azərbaycan Su Ehtiyatları Agentliyinin Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin yeni layihə əsasında müasir üslubda inzibatı binası inşa edilir. 

Binada müasir tələblərə cavab verəcək isitmə, soyutma və havalandırma sistemləri quraşdırılır, onun fasadı və daxili otaqları şüşə konstruksiya üslubunda inşa edilir. Binanın girişində, tavan hissəsində Azərbaycanın xəritəsi əks olunmuşdur. Binanın ətrafında, 2 hektar sahədə parkın salınması, açıq havada meliorasiyaya və su təsərrüfatına aid muzeyin yaradılması,  Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərinə aid eksponatların və tarixi şəxsiyyətlərin heykəllərinin qoyulması nəzərdə tutulub. Yeni salınacaq müasir parkda vətəndaşların mədəni istirahəti üçün əlverişli şərait yaradılacaq.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev görülən işlərlə yerində tanış olmuş, öz məsləhətlərini və tövsiyələrini bildirmişdir.

Hamlet Qasımov

XQ-nin bölgə müxbiri

Gəncə









Sosial həyat