Niyazi Bayramov Vətən müharibəsi iştirakçısı ilə görüşüb

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi iştirakçısı, müharibə əlili Elmar Nəsirovla görüşüb, onun müraciətini dinləyib. Niyazi Bayramov bildirib ki, Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.

Elmar Nəsirov şəhər rəhbərinə görüş üçün öz təşəkkürünü bildirib.  Müraciətinin əsasən müalicə, maddi yardım və digər məsələlərlə bağlı olduğunu qeyd edib. 

Elmar Nəsirovun müraciətinin əksəriyyəti yerindəcə həll olunub, digərləri isə araşdırılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Nəsirov Elmar Elmir oğlu 26 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır xəsarət alıb. O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən müxtəlif medallarla təltif edilib.


     Hamlet Qasimov,
XQ-nin bölgə müxbiri, Gəncə.





Sosial həyat