Əli Əsədov: Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması hamımızın amalıdır

post-img

Həm gördüyümüz, həm də görə bilmədiyimiz işlərlə bağlı hesabat veririk. Hamımızın amalı Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı ilə bağlı müzakirələrdən sonra deyib.

Baş nazir bildirib ki, deputatlar tərəfindən qaldırılan məsələlərə baxılacaq.

Əli Əsədovun sözlərinə görə, seçicilərin qaldırdıqları problemlər, yəni, infrastruktur, qaz, su, qəzalı binalarla bağlı məsələlər imkan daxilində öz həllini tapacaq.

Sosial həyat