İnternat məktəblərində təlim kursları keçirilib

post-img

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilən “Valideyin himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” layihəsi çərçivəsində keçirilən təlim kurslarına yekun vurur. 

XQ xəbər verir ki, layihə internat məzunlarının adaptasiyası üçün preventiv psixo-sosial və ictimai dəstək proqramıdır. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılmasıdır. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş  uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində, 11 saylı inteqrasiya təlimli internat məktəbində, 8 nömrəli sanatoriya tipli internat məktəbində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 və 9 saylı internat məktəblərində, eləcə də Sumqayıt şəhərində yerləşən internat müəssisələrində təlim kursları təşkil edildi. Təlimlərə ümumilikdə 240 nəfər yeniyetmə və gənc cəlb edilmişdir. Mərkəz bu layihə ilə internat məktəblərində yeniyetmə və gənclərin müstəqil həyata hazırlanmaları, uğurlu karyeraya istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsi, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində tutarlı işlər aparmışdır.

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi internat məzunlarının sosial adaptsiyasına dəstək istiqamətində fəaliyyətlərini davam etdirməkdədir.

XQ

Sosial həyat