Laçında ilk dəfə “Şampinyon” və “İstiridye” göbələk sortları becərilir

post-img

Laçında, Zerti aqro-sənaye parkında fəaliyyətə başlayan müəssisələrdən biri də göbələk təsərrüfatı üzrə ixtisaslaşıb. Laçında ilk sayılan təsərrüfatda “Şampinyon” və “İstiridye” göbələkləri becərilir. Bu günə qədər burada 6 tondan çox məhsul istehsal olunub.

 “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Laçında yaradılan göbələk təsərrüfatı iki ədəd çadır tipli istixanadan ibarətdir və ümumi sahəsi 230 kvadratmetrə bərabərdir.

Təsərrüfat noyabr ayından fəaliyyət göstərir. İstixanaların illik gücü, ümumilikdə, 50-60 tona bərabərdir. Məshulun satışı əsasən Laçında həyata keçirilir. Təsərrüfatda çalışanlar da elə Laçın sakinləridir.

Konteyner tipli istixanalardan fərqli olaraq, çadırların sökülüb köçürülməsi daha asandır. İstixanalarda göbələyin yetişməsi üçün zəruri olan havalandırma və nəmləndirmə sistemi qurulub. Beləcə, Laçında yeni “Fungi Fresh” göbələk brendi təqdim olunur.









Sosial həyat