Limonun şirəsi – təbiətin möcüzəsi

post-img

“Əgər siz çay, içki və qidalarda müntəzəm limon istifadə edirsinizsə, onun qabığından da istifadə edin”. Bu fikri Almaniya sağlam qidalanma ekspertləri – alimlər açıqlamalarında yayıblar və limon qabığının xərçəng əleyhinə də təsirli olduğunu bildiriblər.

Alman ekspertlər öz fikirlərini əsas­landırmaq məqsədilə limon qabığının 5 faydasını açıqlayıblar.

1. Bağırsaq xərçəngindən qoru­yur. Həm portağal, həm limonun şirəsi və qabığı xərçəng əleyhinə təsir edir. Çünki onlarda olan flavonoidlər bağır­saq şişləri ilə mübarizə aparır. Limonda olan diosmin maddəsi bağırsağı qoru­yur.

2. Qabıqda olan limonen maddəsi dəri xərçənginə qarşı təsirlidir.

3. Prostat xərçəngindən qoruyur, hətta şiş yaranıbsa, metastazların qar­şısını alır.

4. İnsulin dirənci və şəkərli diabetə təsir edir. Qarındaxili piylənməni azal­dır.

5. Ürək-damar xəstəliklərində fay­dalıdır. Limonun qabığında və şirəsin­də çoxlu C vitamini olduğu üçün anti­oksidant təsir göstərir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat