DİN: Xankəndi şəhərində silah-sursat aşkarlanıb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, fevralın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 2 alışdırıcı, 5 ədəd müxtəlif markalı tüfəng və 7 patron təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində 7 ədəd avtomat silahı, 2 tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2 min 487 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Sosial həyat