Dünən gecə Gəncədə...

post-img

Dünən gecə saatlarında növbədənkənat prezident seçkilərinin nəticələri ilə bağlı ilkin məlumatlar elan edilən kimi, az qala bütün Gəncə yollara, park və xiyabanlara, meydanlara axışdı... Bəli, İlham Əliyev çox böyük üstünlüklə Azərbaycan respublikasının prezidenti seçilmişdi...

Gözlənilən idi? Əlbəttə. Xalq artıq çoxdan öz seçimini etmişdi. Gəncə şəhəri də istisna deyildi. Bu şəhər 2020-ci ilin oktyabr ayında ağır imtahana çəkilmişdi, terrorçu Ermənistanın xəyanətkar hücumlarına məruz qalmış, düşmənin rəzilliyini bir daha görmüşdü... Bu hücumlar qədim torpaqda neçə-neçə günahsız şəhər sakininin həyatına son qoymuş, onlarla adam yaralanmış, evlər, sosial obyektlər dağıdılmışdı. Bütün şəhər intiqam alovu ilə alışıb yanırdı. Bax, bu intiqamı, bu qisası İlham Əliyev aldı. Torpaqlarımızı işğalçılardan azad etdi, nəhayət, Xankəndinə kimi gedib çıxdıq...

Dünən gecəki atəşfəşanlıq, gəncəlilərin az qala səhərədək İlham Əliyevin  92 faizdən də çox səslə qələbə qazanmasını qeyd etmələri Qalib Liderimizə olan sonsuz məhəbbətin təntənəsi idi.

 

Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri

 

 



Sosial həyat