Doğma yurdum – Laçınım!

post-img

Respublikanın müxtəlif ərazilərində yataqxana, sana­toriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına qayıdırlar.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyul­duqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Son köç Laçın şəhərinə olub. Bu mərhələdə Laçın şəhə­rinə daha 23 ailə – 72 nəfər köçürülüb. İndiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaş­ması təmin edilib.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Laçın rayonunun yenidən tikilən Zabux kəndində də həyat canlanır. Doğma yurda qayıtmış 203 ailənin, yəni 783 nəfərin dayanıqlı məskunlaşması təmin edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış prosesinin sürətlə həyata keçirildiyini vuğulayan Milli Məc­lisin deputatı Mahir Abbaszadə Zabux kəndinə köçürül­mənin yüksək səviyyədə aparıldığını, burada layiqli həyat şəraitinin təmin edilməsi üçün zəruri infrastrukturun qurul­duğunu bildirib.

Pünhan ƏFƏNDİYEV
XQ

Sosial həyat