Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunur.

Yanvarın 17-dən başlayaraq qərb bölgəsində 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux–Goranboy seçki dairələri üzrə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.

39 saylı Gəncə ikinci dairə seçki komissiyasının üzvü Rəsmiyyə İlyasova bildirib ki, keçirilən treninqlərdə səsvermə prosesi, seçki günü prosedurları, səslərin sayılması, seçki məntəqələrinin səsverməyə hazırlanması və digər məsələlər barədə məlumatlar verilir.

Treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.





Sosial həyat