Pul və qızıl-zinət əşyaları oğurlanıb

post-img

Binə qəsəbəsində 4 evdən ümumilikdə 3200 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Əhmədov saxlanılıb. 

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində mağazaların birindən 185 manat pul və 4000 manat dəyərində quru meyvələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Nəsirov və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Haldun Yusibov saxlanılıblar.

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat