Ötən il Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu minə yaxın əcnəbi turist ziyarət edib

post-img

Ötən il Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna 3544 yerli və xarici turist səfər edib. Qoruğu ziyarət edənlərin 2607-si yerli turist, 937-si isə xarici ölkə vətəndaşı olub.

Bu barədə qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Bildirilib ki, əcnəbi turistlər arasında Polşa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Ukrayna, Latviya, ABŞ və Türkiyədən gələnlər üstünlük təşkil edib.

Qoruğu ziyarət edənlərə ərazidə dövrü olaraq aparılmış arxeoloji qazıntılar, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə Qoruq ərazisində görülən işlər, həmçinin Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verilib. Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib. (AZƏRTAC)

Sosial həyat