Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatirəsinə həsr olunmuş “Qubadlı fatehi” adlı videomaterial istifadəçilərə təqdim edilib

post-img

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən Müharibəsi iştirakçısı, doğma Azərbaycanın ərazi bütövlüyü uğrunda, Vətən və xalq yolunda canını fəda etmiş cəsarətli, qəhrəman şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat və döyüş yolundan bəhs edən "Qubadlı Fatehi" adlı geniş videomaterial hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şəhid Vidadi Xəlilovun həyatı, hərbi fəaliyyəti, döyüş yolu, layiq görüldüyü fəxri ad və təltiflər haqqında məlumat verilir.

Videomaterialda Ulu Öndər Heydər Əliyevin, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan və şəhidlik zirvəsinə ucalan qəhrəman Azərbaycan oğulları haqqında söylədikləri dəyərli fikirlər, Xalq şairi Bəxtiyar Vahabzadənin şəhidlərə həsr etdiyi şeirdən misralar təqdim edilir. Materialda Vidadi Xəlilovun ailə üzvlərinin onun haqqında səsləndirdikləri xatirələr, şəhidin döyüşlər zamanı çəkilən fotoları və video görüntüləri də yer alır. 

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun həyat və döyüş yolundan bəhs edən “Qubadlı fatehi” adlı videomaterial kitabxanın rəsmi saytında https://ryl.az/multimedia/qubadli-fatehi-vidadi-xelilov yerləşdirilib.

Sosial həyat