Xüsusi nümayəndəlik: Şuşa şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb

post-img

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi Şuşa şəhərinə giriş-çıxışa guya məhdudiyyət qoyulması ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib.

Bununla bağlı nümayəndəlikdən  daxil olan məlumatda qeyd olunub: “Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.

Sosial həyat