Minskdə İnformşuranın 30-cu iclası keçirilib

post-img

Minskdə Belta xəbər agentliyinin təşkilatçılığı ilə MDB ölkələri Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 30-cu iclası keçirilib.

Iclas Belarusun Belta informasiya agentliyinin 105 illiyinə həsr olunub.

Toplantıda AZƏRTAC, TASS (Rusiya), Belta (Belarus), Kabar (Qırğızıstan), UzA (Özbəkistan), Xovar (Tacikistan) və TDH (Türkmənistan) agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Toplantıda MDB məkanında dezinformasiya və feyk xəbərlərlə mübarizə yolları, ümumi tarix və mədəniyyət mövzuları ilə bağlı layihələrin reallaşdırılması müzakirə olunub, birgə seminarların davam etdirilməsi qərarı verilib.

Sosial həyat