Növbəti köç karvanı Zabux kəndinə çatıb

post-img

Bakı, Sumqayıt şəhərlərindən və bir neçə rayondan Laçına - doğma yurduna yollanan ailələr Zabux kəndində çatıb.

 Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 92 nəfərin yurd həsrəti bitib.

Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri və Azərbaycan dövləti tərəfindən yenidən qurulan kəndin gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla anıblar.

Bununla da Zabux kəndində 146 ailə, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.

Sosial həyat