Mütəxəssislər kök şirəsini uşaqlara hələ lap kiçik yaşlardan tövsiyə edirlər. Boy artmasına, göz nuruna, immunitetin güclənməsinə kömək etdiyi bildirilir. Kök o tərəvəzlərdəndir ki, bişiriləndə də tərkibindəki vitaminlər dəyişikliyə uğramır.
Danimarkalı alimlər kök şirəsinin yeni, unikal bir xassəsini də öyrəniblər. Tədqiqat aparıb onun xərçəngə qarşı təsirini sübut müəyyənləşdiriblər. Onlar bu şirənin iltihabı azaltması, immuniteti gücləndirməsini və digər təsirlərini araşdırıblar.
Tədqiqatda 14 könüllü iştirak edib. Əvvəlcə sınaqda iştirak edənlərdən qan analizləri götürülüb. Daha sonra könüllülərə 7 gün ərzində hər dəfə 100 millilitr kök şirəsi verilib.
Kök suyu içdikdən bir saat sonra iştirakçıların qanı yenidən müayinə edilib. Nəticə alimləri heyrətə salıb. Könüllülərin qanında xərçəng hüceyrələrinə qarşı mübarizə aparan sitokinlərin səviyyəsi artıb.
Z.HÜSEYNLİ
XQ