Azərbaycan nümayəndə heyəti Türkiyənin COP28-də fəaliyyət göstərən pavilyonunu ziyarət edib

post-img

Azərbaycan nümayəndə heyəti qardaş Türkiyənin COP28 çərçivəsində fəaliyyət göstərən pavilyonunu ziyarət edib.

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ziyarət zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini xanım Fatma Varank ilə görüşüb.

Görüşdə iqlim dəyişmələri sahəsində ölkələrimiz üçün əhəmiyyətli olan birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Sosial həyat