Noyabrın 15-də hazırkı müsabiqənin yazılı imtahan mərhələsində 50 vakant ştat vahidi üzrə 136 namizəd iştirak edir.
Bunu Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbul imtahanının ikinci – yazılı imtahan mərhələsinin açılışı zamanı çıxışında qeyd edib.
Namizədlərdən 29-nun qadın olduğunu qeyd edən Heydər Məmmədov əlavə edib ki, namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.