FHN-in uşaqlar üçün “açıq qapı” günü keçirib

post-img

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə Suraxanı rayon Yanğından Mühafizə Hissəsində uşaqlar üçün “açıq qapı” günü keçirilib.

Nazirlikdən XQ-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən “İsabət” tədris mərkəzinin şagird və müəllimləri iştirak edib.

Tədbir iştirakçılarına yanğınsöndürən və xilasedicilərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonda uşaqların sualları cavablandırılıb.























Sosial həyat