2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qadın Dəstək Xətti”nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub.
Bu məlumat oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.
Bildirilib ki, bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182), aliment ödənişi ilə bağlı çətinlik (235), sosial-maddi rifahın aşağı olması (142), səhiyyə hüququnun təmin edilməsi (105), hüquqi yardıma ehtiyac (320), sığınacaqla təminolunma (29) sahələrini əhatə edib.