Gələn il Ağdam Sənaye Parkında 4-5 müəssisənin fəaliyyətə başlayacağı gözlənilir.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, həmin müəssisələrin inşası yaxın zamanda yekunlaşdırılacaq: "Bunlar, əsasən, tikinti materialları, ayaqqabı, divar kağızı istehsalı müəssisələridir. Eyni zamanda, Ağdam Sənaye Parkında infrastruktur işləri də aparılır".
P.ƏFƏNDİ
XQ